Bakı. 10 avqust. REPORT.AZ/ Amerikalı üzgüçü Maykl Felps Braziliyanın Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında batterflay üzrə qızıl medal qazanıb.
"Report" xəbər verir ki, o, 1 dəqiqə 53, 36 saniyəyə qalib gələrək birinci yerə çıxıb.
İkinci yeri Yaponiya nümayəndəsi Masato Sakai tutub. O, bu məsafəni 1 dəqiqə 53,40 saniyəyə qət edib.
Bürünc medalın sahibi macarıstanlı Tamaş Kendereşidir - 1 dəqiqə 53,62 saniyə.
Beləliklə, Maykl Felps ABŞ-dan 20 qat olimpiya çempionu olub.