İslamiadaya hazırlaşan Azərbaycan yığmasına daha 2 futbolçu çağırılıb

İslamiadaya hazırlaşan Azərbaycan yığmasına daha 2 futbolçu çağırılıb Vüsal İsgəndərli və Kamal Qurbanova da dəvət göndərilib
Fərdi
6 Mart , 2017 12:00
İslamiadaya hazırlaşan Azərbaycan yığmasına daha 2 futbolçu çağırılıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Bakıda təlim-məşq toplanışına start verəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına daha 2 futbolçu çağırılıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yaşar Vahabzadə Vüsal İsgəndərli ("Zirə") və Kamal Qurbanovu ("Neftçi") da hazırlıq prosesinə cəlb edib. Ötən gün isə o, Azad Kərimova ("Kəpəz") dəvət göndərmişdi. 

Qeyd edək ki, martın 9-dək davam edəcək toplanışa ümumilikdə 17 futbolçu qatılacaq.

Son xəbərlər

Orphus sistemi