Yuxarı

Yaxın günlərdə Azərbaycana daha 50 pambıqyığan kombayn gətiriləcək

Yaxın günlərdə Azərbaycana daha 50 pambıqyığan kombayn gətiriləcək 421
Dinlə

Bakı. 1 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Arqolizinq” ASC yaxın ölkəyə daha 50 kombayn gətirəcək.

"Report" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.

Onun sözlərinə görə, son üç il ərzində “Arqolizinq” xətti ilə 353 ədəd pambıqyığan kombayn alınıb. Bunlardan 221-i pambıqçılıqla məşğul olan şirkətlərə lizinqə verilib, 98-i isə qurumun 19 rayon bölməsində istifadədir: "Qalan 34 kombayn isə təchizat bazalarında saxlanılır, tələbat yarandığı halda lizinqə veriləcək. Daha 50 ədəd kombayn bu günlərdə respublikaya gətiriləcək".

A.Hüseynov həmçinin qeyd edib ki, bu il Azərbaycanın 22 rayonunda ümumilikdə 132,581 hektar sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar, Ağcabədi, Bərdə və Beyləqan rayonlarının ərazisində əkilib. Respublika üzrə pambıq əkinlərinin 60%-i bu 7 rayonun payına düşür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi