Yuxarı

Profilaktikası, diaqnostikası, ləğvi büdcədən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin sayı artırılıb

Xüsusi təhlükəli heyvan xəstəliklərin siyahısı genişlənib

Nazirlər Kabineti “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda dəyişikliklər edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən pasterelyoz müxtəlif növ heyvanların ümumi xəstəlikləri siyahısına aid edilib. Qərarla həmçinin bradzot; anaerob enterotoksemiya xəstəlikləri xırdabuynuzlu heyvanların xəstəlikləri siyahısına salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi