"Veysəloğlu" qida məhsullarının qiymətini ucuzlaşdırıb

"Veysəloğlu" qida məhsullarının qiymətini ucuzlaşdırıb Şirkət distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb
ASK
18 Aprel , 2017 18:45
Veysəloğlu qida məhsullarının qiymətini ucuzlaşdırıb

Bakı. 18 aprel. REPORT.AZ/ Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq "Veysəloğlu" şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb.

"Veysəloğlu"dan "Report"a verilən xəbərə görə, şirkət bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib.

Belə ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəlif növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.

Son xəbərlər

Orphus sistemi