Türkiyə Azərbaycanda kənd təsərrüfatı üzrə müşavirlik açacaq

Türkiyə Azərbaycanda kənd təsərrüfatı üzrə müşavirlik açacaq Yeni qurumun yaxın zamanlarda fəaliyyətə başlayacağı gözlənilir
ASK
22 Fevral , 2017 15:46
Türkiyə Azərbaycanda kənd təsərrüfatı üzrə müşavirlik açacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına verdiyi dəstəyini daha da gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyə kənd təsərrüfatı üzrə müşavirlik açmaq niyyətindədir.

Bunu "Report"a Türkiyənin Avropa İttifaqı və Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı bildirib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyində bu ölkənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı üzrə Müşavirliyinin açılması nəzərdə tutulub.

Ə.R.Nazlı əlavə edib ki, müşavirliyin yaxın vaxtlarda açılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi