Yuxarı

Toxumçuluq təsərrüfatlarında kondisiyalı toxumların tədarükünə başlanılıb

Toxumçuluq təsərrüfatlarında kondisiyalı toxumların tədarükünə başlanılıb 1208

Bakı. 21 iyul. REPORT.AZ/ Toxumluq əkin sahələrində məhsuldarlıq 35 sentnerdən yüksəkdir. 

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda istehsalçı fermerlərin sertifikatlı buğda və arpa toxumlarına olan tələbatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. Ötən ilin payızında 2018-ci ilin toxumluq məhsulu üçün 60 min hektara yaxın sahədə əkin aparılıb.

Sort təmizliyi və keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxum əldə etmək üçün aprobasiyasına icazə verilmiş 49 min hektar sahənin 82%-də biçin aparılıb və hazırda biçin davam edir. Toxumluq sahələrdə orta məhsuldarlıq 35 sentnerdən yüksəkdir. Biçini başa çatdırmış toxumçuluq təsərrüfatlarında toxumların təmizlənməsinə başlanılıb.

Tədarük olunan toxumluq məhsulun təmizlənərək kondisiyaya çatdırılması üçün onun nəmliyi 12%-dən yüksək və təmizliyi 98%-dən aşağı olmamalıdır. Nəmliyi və təmizliyi uyğun olmayan toxumların cücərmə qabiliyyəti və təsərrüfat yararlılığı aşağı olur. Bu səbəbdən də Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti toxumların optimal müddətdə təmizlənərək kondisiyaya çatdırılması üçün yerli qurumların mütəxəssislərinə mütəmadi olaraq toxumçuluq təsərrüfatlarında olması və toxumluq məhsulun dərmanlanması, qablaşdırılması, etiketlənməsi və partiyalarla yığılması haqqında toxum istehsalçılarını təlimatlandırmaq tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi