Yuxarı
    Bağlamaq

    TİKA Cocuq Mərcanlıda arıçılığın inkişafına maliyyə yardımı ayıracaq

    Bakı. 1 mart. REPORT.AZ/ "Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində arıçılığın bərpa olunması üçün layihə həyata keçirəcək. Layihənin adı "Cocuq Mərcanlıdan Şuşaya qədər”dir.

    Bunu "Report"a açıqlamasında Assosiasiyanın sədri Bədrəddin Həsrətov deyib.

    Onun sözlərinə görə, sabah rəhbərlik etdiyi qurum Cocuq Mərcanlıya səfər təşkil edəcək: “Kəndin bitki örtüyünü və keçmişdə arıçılıqla bağlı vəziyyəti araşdırmaq üçün səfər edirik. Layihəyə ilk maliyyə yardımı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyindən (TİKA) gələcək. Belə ki, TİKA 150 arı ailəsinin alınaraq 10-15 ailəyə verilməsini təsdiqləyib. Artıq sənədləşmə işləri həyata keçirilir. Sonra digər donor təşkilatlara da müraciət olunacaq".

    B.Həsrətov onu da əlavə edib ki, Azərbaycanın bir sıra rayonlarında Arıçılar Birliyinin yaradılması gözlənilir: “Sabah Füzuli rayonunda Arıçılar Birliyinin yaradılması üçün Cocuq Mərcanlıda iclas keçiriləcək. "Bundan başqa, martın 3-də Saatlı rayonunda da Arıçılar Birliyi yaradılacaq. Bölgədə arıçılığı inkişaf etdirilməsi üçün belə birliklərin yaranması vacibdir”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi