Tbilisidə III Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi keçirilib

Tbilisidə III Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi keçirilib Bu gün Gürcüstanın paytaxtı Tbilisidə III Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi keçirilib.
ASK
14 Mart , 2019 11:47
Tbilisidə III Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi keçirilib

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə III Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqının Gürcüstan nümayəndəliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə baş tutub.

Konqresdə Gürcüstan, Azərbaycan, Ukrayna, Estoniya, İtaliya və digər ölkələrin süd istehsalçıları və süd sənayesi üzrə mütəxəssisləri iştirak edib. Tədbirdə süd bazarının qlobal və regional tendensiyaları, mövcud problemlər və onların həlli yolları, effektiv texnologiyalar bölmələri üzrə müzakirələr keçirilib. 

Son xəbərlər

Orphus sistemi