Subsidiyalarla bağlı təlim keçirilib

Subsidiyalarla bağlı təlim keçirilib Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün subsidiyalar sahəsində məlumatların düzgün toplanması və emal edilərək informasiya sisteminə daxil edilməsi və ümumiyyətlə, Subsidiya və Siyasətə dair İnformasiya Sistemidən (SSİS) istifadə məqsədilə rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əməkdaşlarının göstərilən məsələlər üzrə bilik və bacarıqlarının daha da artırılması üçün təlim kursu təşkil edilib.
ASK
16 Fevral , 2018 20:54
Subsidiyalarla bağlı təlim keçirilib
Agro.gov.az

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün subsidiyalar sahəsində məlumatların düzgün toplanması və emal edilərək informasiya sisteminə daxil edilməsi və ümumiyyətlə, Subsidiya və Siyasətə dair İnformasiya Sistemidən (SSİS) istifadə məqsədilə rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əməkdaşlarının göstərilən məsələlər üzrə bilik və bacarıqlarının daha da artırılması üçün təlim kursu təşkil edilib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimdə rayon Kənd Təsərrüfatı İdarələrinin heyvandarlıq və informasiya texnologiyaları üzrə əməkdaşları iştirak ediblər.

Təlimdə süni mayalanma tədbirləri haqqında məlumatların müvafiq formada SSİS-ə işlənməsi, habelə süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi məqsədilə rayon (şəhər) komissiyalarının müvafiq sənədlərini sistem üzərindən Kənd Təsərrüfatı Nazirliyinə göndərilməsi qaydaları izah olunub.

Tədbirdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, kənd təsərrüfatı nazirinin 2017-ci il 10 iyul tarixli 51 nömrəli əmri ilə təsdiq edilmiş “Subsidiya və Siyasətə dair İnformasiya Sistemi” (SSİS) üzrə məlumat bazasının formalaşdırılması, tətbiqinin sürətləndirilməsi və inkişaf etdirilməsinə dair 2017-ci il üzrə Tədbirlər planı”nın 30-cu bəndinə əsasən, süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurları SSIS-də işlənilir.

Son xəbərlər

Orphus sistemi