DBNX: Son 3 ildə satmaq üçün nəzərdə tutulan 10 tondan çox at əti aşkarlanıb

DBNX: Son 3 ildə satmaq üçün nəzərdə tutulan 10 tondan çox at əti aşkarlanıb "Toplanmış materialları araşdırmaları üçün hüquq-mühafizə orqanlarına təqdim etmişik"
ASK
3 Aprel , 2017 10:54
DBNX: Son 3 ildə satmaq üçün nəzərdə tutulan 10 tondan çox at əti aşkarlanıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ "İnsan sağlamlığına birbaşa təhlükə törədən halların qarşısını almaq məqsədilə aparılan nəzarət tədbirlər zamanı son illər eşşək əti aşkarlanmasa da, xeyli at əti aşkarlanaraq məhv edilib".

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, 2015-ci ildə ümumillikdə 60 tona yaxın mənşəyi bəlli olmayan heyvan mənşəli ət və süd məhsulları aşkarlanaraq məhv edilib ki, onun 3 tondan artığı at əti olub: "2016-cı ildə 70 ton mənşəyi məlum olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Bunun 5,3 tonu at əti olub. 2017-ci ilin ötən müddəti ərzində isə artıq 5-6 ton mənşəyi məlum olmayan məhsul aşkarlanıb ki, onun da 2 tondan artığı at ətidir".

Y.Xanvəli onu da bildirib ki, at ətini satmaq istəyənlərin sorğusu zamanı ətlərin ölkənin əksər rayonlarından gətirilməsi faktı ortaya çıxır: "At əti satmaq istəyənlər məhsulları Ağcabədi, Bərdə, İmişli, Kürdəmir, Salyan və s. rayonlardan gətirdiklərini deyirlər. At əti insan sağlamlığı üçün ciddi təhlükə törətməsə də, bu heyvanlarda olan manqo xəstəliyi onun ətindən istifadə edən insanlara yoluxa bilər".

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, bu qədər at ətinin hansı iaşə obyektlərinə satıldığını aşkar etmək üçün toplanan materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub: "Gətirilən məhsulun hansı restoran, kafe və s. məkanlara satılması haqqında bizdə məlumat yoxdur. Bunun araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Buna görə də son zamanlar toplanmış bütün materialları araşdırmaları üçün hüquq-mühafizə orqanlarına təqdim etmişik". 

Son xəbərlər

Orphus sistemi