Bakı. 30 iyun. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük cins heyvandarlıq, istixana və intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması istiqamətlərində olan investisiya layihələrinə veriləcək.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Qeyd edək ki, SKMF iyunun 24-də Ucar rayonunda işgüzar forum keçirib.