​SKMF İmişli rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF İmişli rayonunda investisiya layihələrinin qəbuluna başlayıb İmişli rayonunda sahibkarlardan güzəştli kreditləşdirmə üçün investisiya layihələrinin qəbuluna başlanılıb
ASK
4 Fevral , 2015 10:11
​SKMF İmişli rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İmişli rayonunda fəaliyyət göstərən sahibkarlardan prioritet sahələr üzrə güzəştli kreditləşdirmə üçün investisiya layihələrinin qəbuluna başlayıb. 

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 29-da rayonun Ölcələr kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. SKMF tərəfindən İmişli rayonu üzrə sahibkarlıq subyektlərindən 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatları, çorək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələri, "yaşıl market" və kiçik fermer mağazaları, intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul edilib.

Qeyd edək ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi