“Şəmkir Şərab - 2” səhmdarlarına hesabat verəcək

“Şəmkir Şərab - 2” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
ASK
18 Aprel , 2017 08:50
“Şəmkir Şərab - 2” səhmdarlarına hesabat verəcək

Bakı. 18 aprel. REPORT.AZ/ İyunun 7-də, saat 10:00-da “Şəmkir Şərab – 2” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Məhəmməhhüseyn Şəhriyar küçəsi, 56 ünvanında olacaq.

Yığıncağın gündəliyinə 2016-cı ilin yekunları və qarşıda duran məsələlərin müzakirəsi daxildir.

Xatırladaq ki, “Şəmkir Şərab – 2” ASC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 212444 manatdır. 

Son xəbərlər

Orphus sistemi