Yuxarı

Şəkidə və Gədəbəydə güzəştli şərtlərlə gübrə satılıb

Şəkidə və Gədəbəydə güzəştli şərtlərlə gübrə satılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Şəkinin Başgöynük və Gədəbəyin Düzrəsullu kəndində gübrənin güzəştli şərtlərlə satışını təşkil edib. 

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, səyyar satışlar zamanı, ümumilikdə, 11,25 ton azot 4,4 ton nitroammafoska gübrəsi satılıb.

Qeyd edək ki, vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

Növbəti satış bu gün Qəbələnin Çuxurqəbələ, sabah isə Şamaxının Qızmeydan kəndində təşkil ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi