​Şəkidə gənclər üçün keçirilən treninqlər başa çatıb

​Şəkidə gənclər üçün keçirilən treninqlər başa çatıb Pedaqoji Universitetin Şəki filialında keçirilən treninqlər aprelin 20-də başlayıb
ASK
4 May , 2016 19:17
​Şəkidə gənclər üçün keçirilən treninqlər başa çatıb

Bakı. 4 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün aprelin 20-dən keçirilən treninqlər bu gün başa çatıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, treninqlərdə biznesin planlaşdırılması və idarə edilməsi, biznes mühiti, insan resurslarından səmərəli istifadə və s. barədə iştirakçılara geniş məlumat verilib. Bununla yanaşı, gənclər İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.

Treninqlər çərçivəsində mövzu üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi