​Şəki və Oğuz rayonlarında karantin alaq otlarına qarşı mübarizə başlayıb

​Şəki və Oğuz rayonlarında karantin alaq otlarına qarşı mübarizə başlayıb Şəki rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən yovşanyarpaqlı ambroziyaya qarşı fitosanitar müşahidələr aparılıb
ASK
26 İyul , 2016 19:25
​Şəki və Oğuz rayonlarında karantin alaq otlarına qarşı mübarizə başlayıb

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanın Şəki, Qax və Oğuz rayonları ərazisindəki əkin sahələrinə yayılan karantin alaq otlarından olan yovşanyarpaqlı ambroziyaya və tikanlı quş üzümünə qarşı mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfstı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyinin “Report”a verdiyi məlumata görə, Şəki rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən yovşanyarpaqlı ambroziyaya qarşı bu günə kimi 1490 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 1030 hektar sahədə sirayətlənmə aşkar edilib və 460 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Sirayətlənmiş 60 hektar taxıl sahəsində isə fermerlər tərəfindən yay şumu aparılmaqla mexaniki yolla məhv edilib.

Şəki rayon Bitki Mühafizə Mərkəzinə məxsus traktor vasitəsilə Qax rayonu ərazisində 640 hektar sahədə ambroziyaya qarşı mübarizə aparılıb ki, bunun da 400 hektarı büdcə vəsaiti hesabına həyata keçirilib. 795 ha qarğıdalı sahəsində isə becərilmə aparmaqla mexaniki üsulla məhv edilib. Qeyd edək ki, hazırda Şəki və Qax rayonlarında ambroziyaya qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Şəki rayonunun Oğuzla həmsərhəd ərazilərində, xüsusilə Sarıca və Qayabaşı kəndlərinin əkin və qeyri-əkin sahələrində tikanlı quşüzümünə qarşı bu günə qədər 96 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 50 hektar sahədə sirayətlənmə aşkar edilib və 40 hektar sahədə kimyəvi, 10 hektar sahədə isə fiziki-mexaniki üsulla yığılaraq yandırılıb.

Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində isə iyun ayı ərzində 2 hektar, iyul ayında isə 1 hektar olmaqla, cəmi 3 hektar əkin sahəsində tikanlı quşüzümü aşkar olunaraq fiziki-mexaniki üsulla məhv edilib.

Son xəbərlər

Orphus sistemi