"Şəki İpək" ASC-nin inkişaf strategiyası hazırlanacaq

"Şəki İpək" ASC-nin inkişaf strategiyası hazırlanacaq Bakı. 7 ferval. REPORT.AZ/ Şəki İpək ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulur.
ASK
7 Fevral , 2018 11:50
Şəki İpək ASC-nin inkişaf strategiyası hazırlanacaq
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə / Report/ Elchin Murad

Bakı. 7 ferval. REPORT.AZ/ "Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib.

Onun sözlərinə görə, bunun üçün yerli və xarici konsaltinq şirkətləri cəlb ediləcək: "İpəkçilik həm iqtisadiyyatın önəmli sahəsi, həm də qədim sahədir. Bu sahənin inkişafı çox vacibdir".

Son xəbərlər

Orphus sistemi