Səfir: "ABŞ azərbaycanlı fermerlərə yeni bazarlara çıxmaq üçün kömək edə bilər"

Səfir: "ABŞ azərbaycanlı fermerlərə yeni bazarlara çıxmaq üçün kömək edə bilər" Azərbaycanlı fermerlərə yeni bazarları, o cümlədən Qərbi Avropada, eləcə də ABŞ-da bazarları araşdırmağa kömək edə bilərik.
ASK
15 May , 2019 13:04
Səfir: ABŞ azərbaycanlı fermerlərə yeni bazarlara çıxmaq üçün kömək edə bilər
Report

"Azərbaycanlı fermerlərə yeni bazarları, o cümlədən Qərbi Avropada, eləcə də ABŞ-da bazarları araşdırmağa kömək edə bilərik".

Bunu "Report"a ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer Bakıda keçirilən 13-cü Azərbaycan Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2019) çərçivəsində deyib.

"Tədbirdə iştirak etməkdən çox məmnunam. ABŞ-ın bu sərgidə iştirakını görməkdən məmnunam. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə səylərin bir hissəsi kimi ölkəyə kənd təsərrüfatı sektorunun inkişafında kömək etmək üçün ABŞ-ın böyük potensialı var", - o bildirib.

Səfir, həmçinin qeyd edib ki, ABŞ bu sahənin məhsuldarlığının artırılmasına yardım edə bilər.

Son xəbərlər

Orphus sistemi