​Samuxda yaradılacaq heyvandarlıq kompleksinə 33 mln. manat investisiya tələb olunur

​Samuxda yaradılacaq heyvandarlıq kompleksinə 33 mln. manat investisiya tələb olunur Rayondakı "Aqro-enerji" kompleksi ərzaq təhlükəsizliyi və enerji sabitliyini təmin edəcək
ASK
8 İyul , 2015 13:50
​Samuxda yaradılacaq heyvandarlıq kompleksinə 33 mln. manat investisiya tələb olunur

Bakı. 8 iyul. REPORT.AZ/ Samuxda "Aqro-enerji" yaşayış kompleksində tutumu 10 min baş iribuynuzlu mal-qara olan heyvandarlıq təsərrüfatı yaradılır. Hazırda burada 3 min baş heyvan var, bunu inkişaf etdirmək üçün "Aqro-enerji"nin ən azı 4 min hektar otlaq və yem sahəsi olmalıdır ki, yem bitkiləri əkilsin. Bununla bağlı Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi Nazirlər Kabinetinə Bozdağ otlaq massivindən, buradakı qış otlaqlarından "Aqro-enerji" kompleksinə 4 min hektarın ayrılması məqsədilə məktubla müraciət edib. Bunu "Report"a Dövlət Agentliyinin nəzdindəki “Alternativ Enerji” MMC-nin texnologiya şöbəsinin mütəxəssisi Çingiz Fərəcov bildirib.

Onun sözlərinə görə, hazırda həmin otlaqlarda ot örtüyü çox zəifdir. Burada həddindən çox eroziya və səhralaşma var. Ona görə, burada ən çox hər hektarda bir baş heyvan saxlamaq olur.

"Dövlət Agentliyi 4 min hektar torpaq sahəsini aldıqdan sonra 1 min hektarında yonca, 1 min hektarında qarğıdalı, 1 min hektarında arpa, qalan 1 min hektarında isə soya və raps əkiləcək. Burada həmin kompleksdə olan heyvandarlıq təsərrüfatını yemlə təmin etmək üçün mütərəqqi texnologiyalardan istifadə etməklə yem bazası yaradılacaq. Sonra heyvan tullantılarından (biokütlədən) bioenerji istehsal olunacaq. Hesablamalar göstərir ki, burada 2 MVt-dan çox bioenerji alınacaq. Bunlar hamısı Samuxun dayanıqlı enerji təminatına yönəldiləcək. Samuxa verilən enerjisi isə başqa rayonlara ötürüləcək. Samux rayonunun tamamilə alternativ enerji ilə təmin etmək üçün hibrid, yəni külək, günəş, biotermal, bioenerji stansiyaları yaradılır", - deyə Ç.Fərəcov qeyd edib.

Qeyd edək ki, 30 ha sahədə istixana, balıqçılıq, quşçuluq təsərrüfatı yaradılıcaq və burada 1 000 nəfər işləyəcək. Hazırda Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi "Aqro-enerji" yaşayış komplekisndə evlərin layihələrinin yaradılması üzərində işləyir. Burada əsasən kompleksdə işləyən insanlar yaşayacaqlar. Kompleksin ərazisindəki heyvandalıq təsərrüfatında 3 500 heyvan saxlanılır və 3 il ərzində onların sayı 10 minə çatdırılacaq. Heyvanlardan alınan biokütlə xüsusi anbarlarda saxlanılıcaq, orada qıcqırdılacaq, xüsusi aqreqatlar vasitəsilə bioenerjiyə çevriləcək.

Heyvandarlıq kompleksi üçün 33 mln. manat vəsait tələb olunur. Bu kompleksinin əsas məqsədlərindən biri ərzaq təhlükəsizliyini təmin etməkdən ibarətdir, heyvandarlıq təsərrüfatlarında ildə 24 min ton süd emal olunacaq, habelə 8 min ton mal əti istehsal olunacaq.

Son xəbərlər

Orphus sistemi