Şamaxıda badam əkini təsərrüfatlarının yaradılması təklif edilir

Şamaxıda badam əkini təsərrüfatlarının yaradılması təklif edilir Sahibkarlığa Kömək Milli Fondu rayon sahibkarlarından belə bir təklif qəbul edib
ASK
25 Sentyabr , 2017 11:45
Şamaxıda badam əkini təsərrüfatlarının yaradılması təklif edilir

Bakı. 25 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində işgüzar forum keçirib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Şamaxı rayonu üzrə sahibkarlıq subyektlərindən taxılçılıq, cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq və badam əkini təsərrüfatlarının yaradılması, süd emalı müəssisəsinin və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi