Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib Bakı. 28 dekabr. REPORT.AZ/ Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib.
ASK
28 Dekabr , 2018 12:46
Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə, 68 növ xidmət göstərilir. Şamaxı DAİM-in əməkdaşlarının sayı 74 nəfərdir. Mərkəzin inzibati binasının 1538 kvadratmetr sahəsi var. İnzibati bina üç mərtəbə və bir mansardadan ibarətdir. Binada ümumilikdə 38 otaq var.

Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsinin başladığını deyən nazirlik rəsmisi bildirib ki, bu addım aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Yeni qurum “vahid pəncərə” prinsipinin tətbiqinə, şəffaflığın artırılmasına, fermerlərlə əlaqə mexanizminin təkmilləşməsinə müsbət təsir göstərəcək. Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da fəaliyyət göstərir. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.

Təqdimat çərçivəsində media nümayəndələri Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Onlara xidmət mexanizminin təşkili, göstərilən xidmətlər barədə geniş məlumat verilib.

Son xəbərlər

Orphus sistemi