Yuxarı

Salyanda 7 min hektar sahədə pambıq əkilib

Salyanda 7 min hektar sahədə pambıq əkilib
Minlərlə insan işlə təmin olunub

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atılır. Salyanda pambıqçılığın bərpası istiqamətində işlər yaxşı gedir. Mənə verilən məlumata görə, 7 min hektarda pambıq əkilib, bu da məşğulluğu təmin edir. Minlərlə insan indi bu sahədə işləyir, pul qazanır".

"Report" xəbər verir ki, bu sözləri Salyana səfər edən Azərbaycan Prezidenti İlham Əliyev yerli sakinlər ilə söhbəti zamanı deyib.

O, rayonda gedən qazlaşdırma işlərinə də toxunub:

"Biz daha çox diqqəti kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməliyik. Bu istiqamətdə də addımlar atılır. Qeyd etdiyim kimi, böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və 7 min hektarda pambıq əkilib. Bu, böyük nailiyyətdir", - deyə prezident bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi