Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilir.
Bu barədə “Report”a
Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri iştirak edir.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
Nazir müavini əlavə edib ki, dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın formalaşdırılması zəruridir: “Bildiyiniz kimi, ECO-ya üzv ölkələr arasında əməkdaşlıq həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi olaraq davam etdirilir. İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında elmi tədqiqat sisteminin inkişafı, mütərəqqi təcrübələrin mübadiləsi, müasir texnologiyalar və metodologiyaların ötürülməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nailiyyətlərin paylaşılması və digər əməkdaşlıqlar üçün vacib platformadır”.
Tədbirdə çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinin kənd təərrüfatı və sənaye üzrə direktoru Memduh Unal bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirləri uğurla davam etdirir: “Son 15 ildə Azərbaycan ECO ölkələri arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə olub. Eyni zamanda, Azərbaycan təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafına dəyərli töhfələr verir”.
Tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələr, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ECO ölkələrində kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması və ölkələrarası ticarətin genişlənməsi üçün böyük potensial var.
Daha sonra ECO-ya üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlər qrupunun 5-ci iclasının sədri seçilib və gündəlik təsdiqlənib. Tədbirdə “ECO-Vision 2025”in kənd təsərrüfatına aid hissəsinin həyata keçirilməsi yolları ilə bağlı müzakirələr aparılıb. Həmçinin, tədbirdə ECO-ya üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 5-ci iclasından bəri Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Fəaliyyətinə dair Katibliyin Tərəqqi Hesabatının təqdimatı olub. Gündəliyə daxil edilən digər məsələlər də ECO-ya üzv ölkələrin ekspertləri tərəfindən geniş müzakirə olunub və razılaşdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasının gündəliyinin layihəsi müzakirə olunaraq qəbul edilib.
Qeyd edək ki, sabah Bakıda “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclası öz işinə başlayacaq. İclasda ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, aqrar sahə üzrə ekspertlər iştirak edəcəklər.