Sabah Bakıda bal yarmarkası başlayır

Sabah Bakıda bal yarmarkası başlayır Arıçılıq məhsullarının yarmarkası 1 ay davam edəcək
ASK
14 Oktyabr , 2016 15:25
Sabah Bakıda bal yarmarkası başlayır

Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, yarmarka saat 10:30-da “Amay” Ticarət Mərkəzində (Bakı şəhəri, Nobel prospekti,23 ) ünvanında işə başlayacaq. 

Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii bal və digər arıçılıq məhsullarının satışına icazə veriləcək. 

Qeyd edək ki, Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası ənənəvi olaraq hər il keçirilir.  

Sərgi-satış yarmarkası noyabrın 15-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi