Rusiyadan Azərbaycana gətirilən buğdada karantin alaq otunun toxumları aşkar edilib

Rusiyadan Azərbaycana gətirilən buğdada karantin alaq otunun toxumları aşkar edilib Bakı. 13 iyun. REPORT.AZ/ Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.
ASK
13 İyun , 2018 11:06
Rusiyadan Azərbaycana gətirilən buğdada karantin alaq otunun toxumları aşkar edilib
agro.gov.az
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri Rusiyadan idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər. Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları aşkar olunub.

Sirayətlənmiş buğda məhsulunun xüsusi aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər sistemi həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək.

Son xəbərlər

Orphus sistemi