Rusiya Yaxın Şərqə buğda ixrac etmək üçün Suriyada hab yaradacaq

Rusiya Yaxın Şərqə buğda ixrac etmək üçün Suriyada hab yaradacaq Bakı. 1 noyabr. REPORT.AZ/ “Rusiya istehsalı oaln buğdanın Yaxın Şərq ölkələrinə ixrac edilməsi üçün Suriyada hab yaradılacaq”.
ASK
1 Noyabr , 2018 14:08
Rusiya Yaxın Şərqə buğda ixrac etmək üçün Suriyada hab yaradacaq
0 : 00
0 : 00

Bakı. 1 noyabr. REPORT.AZ/ “Rusiya istehsalı oaln buğdanın Yaxın Şərq ölkələrinə ixrac edilməsi üçün Suriyada hab yaradılacaq”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriyanın nəqliyyat naziri Əli Hamud bildirib.

Onun sözlərinə görə, tərəflər bununla bağlı razılıq əldə ediblər. 

“Layihə ilə əlaqədar Suriyadakı limanların genişləndirilməsinə, taxıl saxlamaq üçün anbarların inşasına ehtiyac var. Bundan başqa, görüləcək işlərin tərkib hissəsi olaraq nəqliyyat infrastrukturu - avtomobil və dəmir yolları yaradılmalıdır", - nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi