Rusiya Türkiyədən gətirilən çiçəkləri geri göndərib

Rusiya Türkiyədən gətirilən çiçəkləri geri göndərib Rusiyanın karantin orqanı çiçəklərdə zərərli böcəklərin aşkarlandığını bildirir
ASK
7 Aprel , 2015 12:48
Rusiya Türkiyədən gətirilən çiçəkləri geri göndərib

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya Türkiyədən idxal edilən 32 min ədəd çiçəkdə zərərli böcək olduğu iddiası ilə bu məhsul partiyasının ölkəyə daxil olmasına icazə verməyib.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamasında Türkiyədən təyyarə ilə Krasnodar şəhərinə gətirilən 32 min ədəd çiçəyə nəzarət etdiklərini və qeyri-sağlam olduqlarına görə ölkəyə girişinə icazə vermədiklərini bildirən Rusiya Federal Bitki Qoruma və Karantin Xidməti sədrinin sözçüsü Aleksey Alekseyenko deyib: “Laboratoriya mühitində aparılan araşdırmada çiçəklərdə təhlükəli həşaratlardan sayılan qərb çiçək trips müəyyən edilib. Bu səbəblə 32 min ədəd çiçəyin Türkiyəyə geri göndərilməsinə qərar verdik”.

Qeyd edək ki, son aylar ərzində Rusiya bir neçə dəfə Türkiyədən idxal olunan bir sıra məhsulları müxtəlif səbəblərdən geri göndərib.

Son xəbərlər

Orphus sistemi