Rusiya buğda ixracına tətbiq edilən rüsumu ləğv edə bilər

Rusiya buğda ixracına tətbiq edilən rüsumu ləğv edə bilər Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı hökumətə təklif ünvanlayıb
ASK
1 Avqust , 2016 16:17
Rusiya buğda ixracına tətbiq edilən rüsumu ləğv edə bilər

Bakı. 1 avqust. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Nazirliyi buğdanın ixracına tətbiq edilən rüsumun ləğv olunmasını təklif edib. "Report"un "Vedomosti" saytına istinadən verdiyi xəbərə görə, bu məqsədlə kənd təsərrüfatı naziri Aleksandr Tkaçev baş nazirin müavini Arkadi Dvorkoviçə məktub ünvanlayaraq, 2016/2017 kənd təsərrüfatı ilində taxılın ixracı zamanı tələb edilən rüsumun ləvğ olunmasını xahiş edib.

Məktubda məlumat verilir ki, Nazirlik məhsulun 106 mln. ton və ya əlverişli hava şəraitində hətta 109-110 mln. ton olacağını proqnozlaşdırır. Rusiyanın daxili tələbatı isə 72-74 mln. ton səviyyəsindədir. Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, qurum yaxın vaxtlarda taxıl bazarının sabitləşdirilməsi üzrə hökumətə təkliflər ünvanlayacaq.

A.Tkaçev məktubunda izah edib ki, hazırda vəsaitlərin çatışmazlığı ilə əlaqədar intervensiyanın həyata keçirilməsi məqsədəuyğun deyil.

Qeyd edək ki, bundan əvvəl Rusiya Taxıl İttifaqı (RTİ) baş nazirin müavini A.Dvorkoviçə bu məqsədlə məktub yollamışdı. Sənəddə qeyd edilirdi ki, rüsum müvəqqəti olaraq anti-böhran tədbiri kimi tətbiq edilib və RTİ onun saxlanılmasının tərəfdarı deyil. İttifaqın məlumatına görə, ötən mövsümdə rüsumun tətbiqi ilə əlaqədar bazar iştirakçıları 40 mlrd. rubla qədər gəlir əldə edə bilməyiblər (itiriblər).

2015-ci ilin fevralında rublun məzənnəsinin kəskin zəifləməsi nəticəsində hökumət buğdaya ixrac rüsumu tətbiq edib. Bu tədbir daxili bazarın tənzimlənməsi məqsədilə həyata keçilirilib. Belə ki, taxılın ixracı daxili bazarda reallaşdırılmaqdan daha əlverişli olub. 2015-ci il oktyabrın 1-dən Rusiya hökuməti tətbiq edilən rüsumu buğdanın tonuna görə 50 rubldan 10 rubla endirib.

Son xəbərlər

Orphus sistemi