Quşçular Cəmiyyəti: Azərbaycanda kənd yumurtası, demək olar ki, yoxdur

Quşçular Cəmiyyəti: Azərbaycanda kənd yumurtası, demək olar ki, yoxdur Bakı. 29 oktyabr. REPORT.AZ/ Hazırda ölkədə kənd yumurtası, demək olar ki, yoxdur.
ASK
29 Oktyabr , 2018 16:52
Quşçular Cəmiyyəti: Azərbaycanda kənd yumurtası, demək olar ki, yoxdur
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Hazırda ölkədə kənd yumurtası, demək olar ki, yoxdur". 

Bunu “Report”a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib. 

Onun sözlərinə görə, hazırda satışda olan kənd yumurtaları köhnədir və təzə yumurta adı ilə yüksək qiymətə vətəndaşlara satılır. 

Cəmiyyətin sədri kənd yumurtasının az olmasını havaların soyuması ilə əlaqələndirir və əlavə edib ki, yerli broyler müəssisələri ölkənin adi yumurtaya olan tələbatını artıqlaması ilə ödəyə bilirlər. 

Son xəbərlər

Orphus sistemi