Qusarda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Qusarda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır Bakı. 6 mart. REPORT.AZ/Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Qusar Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq Qusar rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparır.
ASK
6 Mart , 2019 12:26
Qusarda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır
agro.gov.az

Bakı. 6 mart. REPORT.AZ/Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Qusar Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq Qusar rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparır.

Bu barədə “Report”a DBX-dən bildirilib.

Məlumata görə, profilaktik tədbirlər 15 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 1 şəhər, 1 qəsəbə və 88 kəndində saxlanılan heyvanlar arasında icra edilir. Hazırda Qusar rayonu ərazisində 40 798 baş iribuynuzlu, 82 327 baş xırdabuynuzlu, 1 362 baş təkdırnaqlı heyvan, 195 300 baş quş və 11 673 arı ailəsi mövcuddur.

Qusar Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Yuxarı Zeyxur kəndində yerləşən, sahibkar Abdurəhimov Zöhrab Ağamət oğluna məxsus təsərrüfatda 29 baş iribuynuzlu heyvan arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, rayonun ayrı-ayrı təsərrüfatlarında 32 861 baş iribuynuzlu, 945 baş təkdırnaqlı heyvanda və 107 baş donuzda qarayara, 3 849 baş sahibli itdə quduzluq, 5 000 baş körpə cücələrdə (“Las-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 10 117 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 4 000 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.

Fevral ayının 10-dan isə Qusar rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (iribuynuzlularda A,O,“Asiya-1”, Tur-15 tiplərinə qarşı) polivalent vaksinlə peyvəndləmə tədbirinə başlanılıb. Artıq 37 458 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Aparılan tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Qusar rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında burselyoz və epedidemit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.

DBX bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Orphus sistemi