​Qusar sakinləri suvarma suyunun çatışmazlığı ilə bağlı nazirə müraciət ediblər

​Qusar sakinləri suvarma suyunun çatışmazlığı ilə bağlı nazirə müraciət ediblər Rayon fermerləri kənd təsərrüfatı texnikasının təminatı ilə bağlı da kömək istəyiblər
ASK
24 İyul , 2015 16:09
​Qusar sakinləri suvarma suyunun çatışmazlığı ilə bağlı nazirə müraciət ediblər

Bakı. 24 iyul. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Qusar rayonunda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, suvarma suyuna olan tələbat, pestisitlərin və dərman preperatlarının keyfiyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatı məhsullarının satışı üçün qəbul məntəqələrinin yaradılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbul zamanı H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi