​Dövlət Xidməti: Qurban bayramı günlərində heyvan satışına nəzarət olunacaq

​Dövlət Xidməti: Qurban bayramı günlərində heyvan satışına nəzarət olunacaq “Bakıda 27 baytarlıq sanitariya-ekspedisiya laboratoriyası, eləcə də səyyar baytarlıq sanitariya-ekspedisiyası laboratoriyası fəaliyyətdədir”
ASK
8 Sentyabr , 2015 16:54
​Dövlət Xidməti: Qurban bayramı günlərində heyvan satışına nəzarət olunacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhəri ərazisində heyvan satışının təşkilinə xüsusi nəzarət həyata keçiriləcək". Bunu "Report"a açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat Mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, Bakı şəhərində rayon icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş ərazilərdə, eləcə də DBNX-nin nəzarəti altında olan məkanlarda baytarlıq xidməti həyata keçiriləcək: "Baytarlıq xidməti çərçivəsində tədbirlərin həm Qurban bayramı ərəfəsində, həm bayram günləri, həm də sonrakı günlərdə həyata keçirilməsi nəzərdə tutulub. Bakı şəhərində 27 baytarlıq sanitariya-ekspedisiya laboratoriyası, eləcə də səyyar baytarlıq sanitariya-ekspedisiyası laboratoriyası fəaliyyətdədir. Heyvan rayonlardan gətiriləcəksə, sağlam ərazilərdən gətirilməsi tələb olunacaq. Heyvanlar baytarlıq şəhadətnaməsi əsasında gətirilməlidir. Şəhadətnamə əsasında gətirilən heyvanların satışına icazə verilir".

Xidmət rəsmisi onu da bildirib ki, həm səyyar, həm də stasionar formada olan laboratoriyalarda kəsilən heyvanlardan götürülən nümunələr müayinə olunacaq.

Qeyd edək ki, sentyabrın 24-ü və 25-i Qurban bayramıdır.

Son xəbərlər

Orphus sistemi