Yuxarı

Qubada şəxsi təsərrüfat sahələrində yetişdirilən məhsul zay olub - FOTO

Qubada şəxsi təsərrüfat sahələrində yetişdirilən məhsul zay olub - FOTO
© Foto: "Report"

Quba. 8 may. REPORT.AZ/ Qubanın Qam-qam kəndindəki şəxsi təsərrüfatların sarımsaq yetişdirilən sahələrində problem yaranıb.

"Report"un Şimal bürosu xəbər verir ki, bu sahələrdə sarımsaqlar naməlum səbəbdən soğanaqlardan çürüyür.

Təsərrüfatçı Camaləddin Adıgözəlovun verdiyi məlumata görə, sarımsaqlar ya yeraltı mikroorqanizmlərin təsirindən ya da xəstəlikdən bu vəziyyətə düşüb. Onun yarım hektar ərazidə əkdiyi məhsulun çox hissəsi zay olub.

Problem digər təsərrüfatlarda da müşahidə olunur.

Kənd sakinləri bununla bağlı aidiyyatı orqanlardan kömək istəyirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi