Quba. 18 iyun. REPORT.AZ/ Quba rayonunun Buduq kəndində mal-qara arasında xəstəlik yayılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, 28 yaşayış evinin olduğu kənddə həm iri, həm də xırdabuynuzlu heyvanlarda xəstəlik müşahidə olunur.
Heyvanlara düşən xəstəliyin nə olduğu hələ dəqiq məlum deyil.
Kənd sakini İlkin Vəliyevin bir baş iribuynuzlu heyvanı xəstəlikdən tələf olub.
Sakinlər dabaq xəstəliyindən şübhələnir.