Qoşqar Təhməzli: “Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxarılması imkanları artacaq”

Qoşqar Təhməzli: “Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxarılması imkanları artacaq” Yaxın 7 ildə Azərbaycanda heyvanların identifikasiyası proqramı həyata keçiriləcək.
ASK
13 İyun , 2019 16:31
Qoşqar Təhməzli: “Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxarılması imkanları artacaq”

"Yaxın 7 ildə Azərbaycanda heyvanların identifikasiyası proqramı həyata keçiriləcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O, proqramın detallarını da açıqlayıb: "Proqramın həyata keçirilməsi nəticəsində həmin heyvanların respublika ərazisinə idxalı, həmçinin doğulma anından ölümünə qədər keçirdiyi xəstəliklər, aldığı dərman peraparatları, vaksinlər və. s prosesləri izləmək mümkün olacaq. Bu da bizə ölkə ərazisində heyvan sağıamlığını təmin etməyə imkan verəcək. Heyvan sağlamlığı təmin olunduqdan sonra Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxarılması imkanları artacaq".

Son xəbərlər

Orphus sistemi