Yuxarı

Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edənlərin sayı 6-ya çatıb

​Qida Təhlükəsizliyi Agentliyinin adından 6 nəfər istifadə edib
© Report/ Elchin Murad — Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli

"İndiyə qədər özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edən və qurumun adından istifadə edən 6 nəfər aşkar olunub".

“Report” xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli məlumat verib.

“Həmin şəxslərə cinayət işi açılıb və həbs ediliblər. Bu kimi hallarla bağlı agentliyə müraciətlərin sayı artmaqdadır və hüquq-mühafizə orqanları bu istiqamətdə lazımi tədbirlər görür”, - o deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi