Qəbələdə "Tarla günləri" keçiriləcək

Qəbələdə "Tarla günləri" keçiriləcək Beynəlxalq tədbirdə dövlət qurumları, xarici səfirliklər, ictimai birlik nümayəndələri və fermerlər iştirak edəcəklər
ASK
26 Avqust , 2015 16:09
Qəbələdə Tarla günləri keçiriləcək

Bakı. 26 avqust. REPORT.AZ/ Qəbələ rayonunda “Tarla günləri”nə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, aqrar sektorda son yenilikləri və imkanları özündə əyani surətdə əks etdirən bu beynəlxalq tədbir avqust ayının 28-də saat 10:00-da Qəbələ rayonunun Vəndam qəsəbəsində baş tutacaq.

“Tarla günləri”ndə məhsulların əkin və becərmə texnologiyaları, qazanılmış nailiyyətlər, elmi-tədqiqat işlərinin nəticələri, texnika, avadanlıq, gübrə, pestisid və digər potensial əməkdaşlıq imkanları nümayiş etdiriləcək nəticələr qiymətləndiriləcək və sahələrə baxış keçiriləcək.

Tədbirdə hökumət qurumları, xarici ölkə səfirlikləri, ictimai birlik nümayəndələri və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi