Qax Damazlıq İpəkçilik Stansiyasında yenidənqurma işlərinin 50%-i tamamlanıb

Qax Damazlıq İpəkçilik Stansiyasında yenidənqurma işlərinin 50%-i tamamlanıb Bakı. 29 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Qax Damazlıq İpəkçilik Stansiyasında yenidənqurma işlərinin 50%-i tamamlanıb.
ASK
29 Mart , 2018 13:09
Qax Damazlıq İpəkçilik Stansiyasında yenidənqurma işlərinin 50%-i tamamlanıb

Bakı. 29 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Qax Damazlıq İpəkçilik Stansiyasında yenidənqurma işlərinin 50%-i tamamlanıb.

Bunu "Report"a açıqlamasında stansiyasının direktoru Əkrəm Fətəliyev deyib.

"Yəqin ki, stansiya builki mövsümdə işləməyəcək. Amma yenidənqurma işləri başa çatdıqdan sonra Azərbaycana xaricdən barama toxumu gətirmək lazım olmayacaq", - o qeyd edib. 

Ə.Fətəliyev Azərbaycanda bu sahə üzrə mütəxəssis çatışmazlığının olduğunu da bildirib: "Hazırda kadr potensialının formalaşdırılması məqsədi ilə xaricə adam göndərilməsi üçün nazirlik səviyyəsində iş aparılır. Ölkədə ipəkçilik üzrə mütəxəsislər sonuncu dəfə ötən əsrin 90-cı illərində hazırlanıb. Onların da hazırda 52-53 yaşı var. Mən dəfələrlə bəyan etmişəm ki, gələcək kadr potensialımız yoxdur. Buna görə də, Azərbaycan Dövlət Aqrar Universitetində ipəkçilik ixtisasının olmasını təklif etmşəm". 

Son xəbərlər

Orphus sistemi