Yuxarı

Prezident İlham Əliyev bitkiçilikdə intensiv inkişafın təmin edilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev bitkiçilikdə intensiv inkişafın təmin edilməsi ilə bağlı sərəncam imzalayıb

Bakı. 2 mart. REPORT.AZ/ Prezident İlham Əliyev martın 2-də "Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq və bitkiçiliyin intensiv inkişafını təmin etmək məqsədi daşıyır.

Nazirlər Kabinetinə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin və ölkədə sənaye üsulu ilə istehsal olunan biohumusun satış qiymətinə genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin hər hektarına görə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasını təmin etmək, sərəncamla bağlı tədbirlərin 2018-ci ildə maliyyələşdirilməsinin “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli sərmanının 1.10.1.6-cı yarımbəndində “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər” üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi