Ötən illə müqayisədə Naxçıvanda ət və süd istehsalı artıb

Ötən illə müqayisədə Naxçıvanda ət və süd istehsalı artıb Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 8,6 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub.
ASK
22 Fevral , 2020 05:52
Ötən illə müqayisədə Naxçıvanda ət və süd istehsalı artıb

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 8,6 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub.

Bu barədə “Report” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 2 124,6 ton, süd istehsalı 2 045,8 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,7 faiz, süd istehsalı isə 2 faiz artıb.

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. 2020-ci ilin yanvar ayında 32,8 milyondan çox ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24,4 milyondan çox ABŞ dolları təşkil edib, 15,2 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Son xəbərlər

Orphus sistemi