Oktyabrda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,8% artıb

Oktyabrda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,8% artıb Hesabat ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7%, heyvandarlıq məhsullarının isə 1,9% artıb
ASK
10 Noyabr , 2015 18:44
Oktyabrda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,8% artıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9% artıb. Ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8% yüksəlib. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. 

Birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin istehsalçı qiymətləri bahalaşıb, göy lobyanın istehsalçı qiyməti azalıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Heyvandarlıq məhsullarından yumurtanın, ev quşlarının, südün istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Orphus sistemi