Nazirlik rəsmisi: "Azərbaycanda qoyunçuluq təsərrüfatlarının fəaliyyəti ənənəvidir" - ƏLAVƏ OLUNUB

Nazirlik rəsmisi: "Azərbaycanda qoyunçuluq təsərrüfatlarının fəaliyyəti ənənəvidir" - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:29-da verilib
ASK
18 İyul , 2019 12:31
Nazirlik rəsmisi: Azərbaycanda qoyunçuluq təsərrüfatlarının fəaliyyəti ənənəvidir - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:29-da verilib

"Son illər Azərbaycanda qoyun ətinin istehsalı artıb".

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi İlqar İsmayılov "Azərbaycanda Qoyunçuluq Dəyər Zəncirinin İnkişafı: 2025-ci ilə baxış" seminarında bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda ümumilikdə 8,3 milyon ədəd xırdabuynuzlu heyvan var ki, bunun 7,6 milyonu qoyundur. 

"Son 15 ildə bu sahədə artım 15% təşkil edib. Lakin Azərbaycanda qoyunçuluq təsərrüfatlarının fəaliyyəti ənənəvidir və ötən əsrin 70-80-ci illərinə əsaslanır",-  İ.İsmayılov vurğulayıb.

Nazirlik rəsmisi onu da əlavə edib ki, bir çox fermerlərin tövlə şəraitinin olmaması, yem ilə bağlı problemləri bu sahənin çatışmazlıqlarındandır. 

***

“Əfsuslar olsun ki, Azərbaycanda otaqlara fikir verilməməsi (dincə qoyulmaması, əkin sahələrinə çevrilməsi) yay və qış otlaqlarının erroziyaya məruz qalmasına səbəb olub”.

Bunu isə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Əzimov bildirib.

Onun sözlərinə görə, bu, qoyunçuluğun inkişafına mənfi təsir edir.

"Azərbaycan torpaqlarının işğal altında olması da bu sahənin inkişafına mənfi təsir edən amillərdəndir. Laçın və Kəlbəcər rayonları həmişə qoyunların yaylağı olub. Yaylaq kimi istifadə olunan bu qədər ərazinin zəbt olunması bizi məcbur edir ki, mövcud olan otlaqlardan səmərəli istifadə edək. Ümumiyyətlə, bu sahənin inkişafı üçün yem bazası formalaşdırılmalıdır”, - Z.Əzimov əlavə edib.

***

Azərbaycanda 260 hektartorpağın təyinatı dəyişdirilərək otlaq sahəsindən əkin sahəsinə çevrilib.

Bunu isə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadə şöbəsinin müdiri Firidun Tağıyev bildirib.

Onun sözlərinə görə, örüş sahələrinin əkin sahələrinə çevrilməsi heyvandarlığa təsir edir.

"Biz torpaqdan istifadə ilə bağlı hökumətə təqdimat hazırlayırıq ki, bölgələrdə örüşlərin müəyyən həddən sonra əkin sahələrinə çevrilməsinə yox deyə biləcək həddə çataq. Eyni zamanda, örüş otlaq sahəsinin icarəyə verilməsini elektronlaşdırmaq istəyirik",- deyə F.Tağıyev əlavə edib. 

Son xəbərlər

Orphus sistemi