Nazir: “Dünyada keyfiyyətli qida ilə təminat getdikcə çətinləşir”

Nazir: “Dünyada keyfiyyətli qida ilə təminat getdikcə çətinləşir” “Qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı məhsullarının istehsalına mane olur”.
ASK
20 Fevral , 2020 12:12
Nazir: “Dünyada keyfiyyətli qida ilə təminat getdikcə çətinləşir”
Kənd Təsərrüfatı naziri İnam Kərimov / Report/ Firi Salim

“Qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı məhsullarının istehsalına mane olur”.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda aqrar xidmətlərin gücləndirilməsi ilə bağlı 2 illik layihənin açılışı mərasimində deyib.

“Bu gün dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının dayanıqlı inkişafı ən vacib məsələlərdən biridir. Demoqrafik və ekoloji amillər insanların keyfiyyətli qida ilə təminatını getdikcə çətinləşdirir. İqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalına getdikcə daha böyük maneələr törədir. Azərbaycan qlobal çağırışlara qoşularaq aqrar sahədə məqsədyönlü siyasət həyata keçirir”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi