Yuxarı
    Bağlamaq

    Nazir: "Azərbaycanda toxumçuluq və heyvandarlıq sahəsində bir sıra layihələrin icrası planlaşdırılır"

    Dinlə
    © Report — Kənd Təsərrüfatı naziri İnam kərimov

    Bakı. 24 sentyabr. REPORT.AZ/ "Ölkədə aqrar sahə yeni mərhələyə qədəm qoyub".

    "Report" xəbər verir ki, bunu Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMƏŞ) və BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının  (FAO) birgə təşəbbüsü ilə keçirilən milli seminarda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib. 

    Onun sözlərinə görə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub: "Kənd Təsərrüfatı Nazirliyi bu məqsədlərə nail olunması istiqamətində çalışır. Azərbaycanın ən böyük uğuru yoxsulluq səviyyəsinin azaldılmasıdır".

    İ.Kərimov əlavə edib ki, Azərbaycanda bu il toxumçuluq və heyvandarlıq sahəsində bir sıra layihələrin icrası planlaşdırılır: "Aqrar sahədə məşğulluğun artırılması istiqamətində layihə həyata keçirməyi planlaşdırırıq. Qadınların məşğulluğun artırılması istiqamətində xüsusi bir proqram nəzərdə tutulur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi