Nazir: “Aqrar sığorta mexanizmi sığorta bazarını gücləndirəcək”

Nazir: “Aqrar sığorta mexanizmi sığorta bazarını gücləndirəcək” Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur.
ASK
24 Dekabr , 2019 14:08
Nazir: “Aqrar sığorta mexanizmi sığorta bazarını gücləndirəcək”
Kənd təsərrüfatı naziri İnam Kərimov / Report/ Elchin Murad

"Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur".

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının internet səhifəsinə müsahibəsində deyib.

"Bu il Milli Məclis “Aqrar sığorta haqqında” qanunu qəbul edib, Nazirlər Kabineti isə Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibi"ni təsdiqləyib. Bununla da ölkəmizdə ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanır. Dövlət aqrar sığorta orqanı vasitəsilə sığorta risklərini öz üzərinə götürəcək, bir hissəsini isə təkrar sığorta vasitəsilə yenidən özəl sektora ötürəcək”, - nazir bildirib.

O, həmçinin əlavə edib ki, Aqrar Sığorta Fondu Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin tərkibi” haqqında qərarında göstərilmiş məhsullar üzrə sığorta prosesində iştirak edəcək və riskin 50%-ni üzərinə götürəcək: “Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək. Bu baxımdan aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması kənd təsərrüfatının inkişafını təmin edəcək əsas amillərdən biri kimi qəbul olunmalıdır”. 

Son xəbərlər

Orphus sistemi