Yuxarı
    Bağlamaq

    Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

    Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2 milyard 701 milyon manatdan artıq olub. Bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur.

    "Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il muxtar respublikada 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyib.

    Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 49 milyon 878 min 900 manatlıq, qeyri dövlət sektorunda isə 917 milyon 181 min 100 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 94,8 faizi özəl sektorun payına düşüb. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilə nisbətən 3,6 faiz artaraq 5 min 990 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye tutmuş və maddi istehsalın payı 58,7 faiz təşkil edib.

    Ötən il muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 60 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 23 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib.

    Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib – ötən il 321 milyon 841 min 600 ABŞ dolları dəyərində məhsul ixrac olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi