Yuxarı

Bu il Naxçıvan Muxtar Respublikasında 40 milyon manatdan çox aqrar məhsul istehsal olunub

Naxçıvanda 4000000 manatdan çox aqrar məhsul istehsal edilib

2019-cu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 40 milyon 232 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 7940 tona, süd istehsalı isə 25 min 676 tona yaxın olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı isə 1,6 faiz artıb.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi