Mozambikdə benzin daşıyan avtomobil partlayıb, 70 nəfər ölüb

Mozambikdə benzin daşıyan avtomobil partlayıb, 70 nəfər ölüb Yerə dağılan benzini toplamaq üçün maşının aşdığı yerə insanlar axışıb
ASK
18 Noyabr , 2016 01:19
Mozambikdə benzin daşıyan avtomobil partlayıb, 70 nəfər ölüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Mozambikdə benzin daşıyan avtomobilin partlaması nəticəsində azı  70 nəfər ölüb, 110 nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə Malavi ilə sərhədə yaxın ərazidə olub.

İnformasiyaya əsasən, ölkə rəsmiləri bildirib ki, benzin daşıyan avtomobil Beyerdən Malaviyə doğru hərəkət edərkən, aşıb. Xəbərə görə, yerə dağılan benzini toplamaq üçün maşının aşdığı yerə insanlar axışıb. Elə partlayış da o zaman baş verib. 

Son xəbərlər

Orphus sistemi