Masallının üç kəndində pomidor sahələrində "sovka" xəstəliyi yayılıb

Masallının üç kəndində pomidor sahələrində "sovka" xəstəliyi yayılıb Masallı rayonunun üç kəndində pomidor sahələrində sovka xəstəliyi yayılıb.
ASK
17 İyun , 2019 10:21
Masallının üç kəndində pomidor sahələrində sovka xəstəliyi yayılıb

Masallı rayonunun üç kəndində pomidor sahələrində "sovka" xəstəliyi yayılıb. 

"Report"un Cənub Mərkəzinin məlumatına görə, on gün ərzində zərərverici həşəratlar Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərinin təsərrüfatlarına xeyli ziyan vurub. 

Fermerlərin narahatçılığına səbəb ciddi tədbirlər görülməyəcəyi təqdirdə, xəstəliyin bütün əkin və pomidor məhsulunu zay etmək təhlükəsidir. 

Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, görülən tədbirlər nəticəsində xəstəliyin qarşısı qismən alınıb: "Masallı Rayon Bitki Mühafizəsi Mərkəzin mütəxəssisləri fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumat verib. Lakin "sovka" karantin zərərverici sayılmadığı üçün fermerlər öz hesablarına kimyəvi dərman preparatlarını almalıdırlar. Dərmanlama aparatlarının olmaması da fermerlərə zərərvericilərə qarşı mübarizədə müəyyən çətinliklər yaradıb". 

"Təsərrüfatlarda əvvəlki illərdə də analoji problemlə üzləşilib. Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılmasından ötrü hazırda pomidor sahələrində dərmanlama işləri aparılır", deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi